"Barselona" yeni transferə hazırlaşır

"Barselona" transfer çalışmalarını davam etdirir. SİA-nın məlumatına görə, Kataloniya klubunun heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı açıqlanıb.

"Barselona" "Liverpul"dan Filip Koutinyodan sonra Sadio Manenı hədəfə alıb. Kataloniyalılar bu transferi qışda rəsmiləşdirmək niyyətindədirlər.

Qeyd edək ki, "Liverpul" Sadio Maneni 2016-cı ildə "Sautqempton"dan 41.2 milyon avroya transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə