“Beşiktaş” Kayl Larin ilə razılığa gəlib

İştirak etdiyi bütün turnirlərdə uğur qazanmaq istəyən “Beşiktaş” transfer çalışmalarını davam etdirir. SİA-nın məlumatına görə, “qara qartallar” “Orlando Siti”də mübarizə aparan Kayl Larin ilə razılığa gəlib.

İlin sonunda klubu ilə müqaviləsi başa çatan 22 yaşlı hücumçunu İstanbul təmsilçisi yanvar ayında heç bir transfer məbləği ödəmədən heyətinə qatacaq. Kanadalı oyunçu ilə 4.5 illik müqavilə imzalanacağı bildirilir.

Qeyd edilir ki, Larinin "Beşiktaş"dakı maaşı 600 min avro olacaq..

Bütün xəbərlər Facebook səhifəmizdə