Zidan: "Quru hesablı qələbə yaxşı başlanğıcdır" AÇIQLAMA

Madrid "Real"ı Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Apoel" üzərində 3-0 hesablı qələbəyə sevinib. Ronaldonun dubl etdiyi oyunda, Ramos da fərqlənməyə imkan tapıb.

SİA-nın məlumatına görə, madridlilərin baş məşqçisi Zindəddin Zidan qələbəni şərh edib: "İlk hisssədə yaxşı oynadığmızı deyə bilmərəm. İkinci hissə isə istədiyimiz kimi keçdi. Belə turnirdə ilk oyunda quru hesablı qələbə yaxşı başlanğıcdır"

Fransalı mütəxəssis Ronaldonu tərifləməyi də unutmayıb: "Ronaldo bizim əsas oyunçularımızdan biridir. O lazımı anda lazım olan zərbəni endirməyi bacarır. Ronaldo dünyanın ən yaxşı futbolçusudur və bizim komandamızda olmasından məmnunuq".

Zidan Beylin yenidən əvvəlki formasına qayıdacağından da əminliyini ifadə edib: "Beyl zədə səbəbindən 4 aydan artıq meydandan uzaq qaldı. Bugünkü matçda isə universal oyunu ilə diqqət çəkdi. Onun oyunu alınanda daha güclü oluruq. Biz yaxın vaxtda yenidən əsl Beyli görəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə