Tural Hümbətovun komandası qələbə qazanıb

Makedoniya Kubokunda 1/8 final mərhələsinə start verilib. SİA xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geydiyi “Pobeda” 1/8 finalın ilk görüşündə səfərdə “Breqalniça” ilə qarşılaşıb.

Tural Hümbətov meydana start heyətində çıxıb. İlk yarıda onun komandası hesabda geri düşsə də, fasilədən sonra 3 qol vuran “Pobeda” yekunda rəqib meydanında 3:2 hesablı qələbə qazanmaqla 1/4 finala yaxınlaşıb.

Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu oktyabrın 18-də “Pobeda”nın meydanında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə