"Qarabağ" "Çelsi"yə uduzdu - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn “Qarabağ” da debüt oyununa çıxıb.

Ağdam klubu səfərdə Avropanın aparıcı klublarından olan “Çelsi”nin qonağıdır. Qurban Qurbanovun komandası Londonda çətin oyun keçirir.

12 sentyabr

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 6:0 (ikinci hissə)

Qol: Pedro, 5, Davide Zappakosta, 35, Aspilikueta, 55, Bakayoko, 71, Batşuay, 76, 82

Baş hakim: Anastasios Sidiropoulos

Yan xətt hakimləri: Polixronis Kostaras, Lazaros Dimitriadis

Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos

Dördüncü hakim: Damianos Efthimiadis (Hamısı Yunanıstan)

London. “Stemford Bric”

Bütün xəbərlər Facebook səhifəmizdə