“Yuventus” “Barselona”ya qarşı oyuna ciddi itkilərlə çıxacaq

“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Barselona”ya qarşı keçirəcəkləri oyuna ciddi itkilərlə çıxacaq. Bu barədə İtaliya klubunun rəsmi saytında məlumat yerləşdirilib. Xəbərə görə, “Qoca Sinyara”nın 6 futbolçusu “Nou Kamp”da meydana çıxa bilməyəcək.

Mario Mandjukiç, Corcio Kyellini, Benedikt Xevedes, Sami Xedira və Klaudio Markizio zədə, Xuan Kuadrado isə cəza səbəbindən “Barselona”ya qarşı oynamayacaqlar. Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək “Barselona” - “Yuventus” oyunu Bakı vaxtı ilə 22:45-də start götürəcək.

loading...