Rafael Nadal 3-cü dəfə ABŞ açıq turnirinin qalibi olub

Dünyanın bir nömrəli tennisçisi, ispaniyalı Rafael Nadal Nyu-Yorkda keçirilən ABŞ açıq turnirində kişilərin fərdi yarışının qalibi olub. SİA-nın məlumatına görə, Nadal final qarşılaşmasında Cənubi Afrika Respublikasından olan tennisçi, dünya reytinqində 28-ci yerdə qərarlaşan Kevin Andersonu məğlub edib. Setlərdə 6:3, 6:3 və 6:4 hesabı ilə qalib gələn ispaniyalı tennisçi karyerasında üçüncü dəfə ABŞ açıq turnirinin kubokunu başı üzərinə qaldırıb. Nadal bu qələbə sayəsində turnirin 3,7 milyon dollarlıq əsas mükafatının da sahibi olub.

Qeyd edək ki, bu, Nadalın cari ildə ikinci, karyerası ərzində isə 16-cı böyük dəbilqə çempionluğudur.

Bütün xəbərlər Facebook səhifəmizdə