Ramil Quliyev: "Qarabağ" daha böyük uğurlar qazanmağa qadirdir" AÇIQLAMA

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev “Qarabağ”ın Çempionlar Liqasının qrup mərəhləsinə vəsiqə qazanmasından danışıb. SİA-nın məlumatına görə, bu barədə Türkiyə mətbuatına açıqlama verən 27 yaşlı idmançı “Qarabağ”ın tarixi uğur qazandığını söyləyib: "Qarabağ"ın Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil etməsi məni çox sevindirdi. Bu, Azərbaycan futbolunun uğurudur. "Qarabağ" daha böyük uğurlar qazanmağa qadirdir. Ümid edirəm, yaxşı nəticələr qazanaraq bizi daha da qürurlandıracaqlar".

Qeyd edək ki, Ramil Quliyev ötən ay Londonda keçirilən dünya çempionatında kişilərin 200 metr məsafədə qaçış yarışında qalib olmuşdu. R.Quliyev avqustda Birmingemdə təşkil edilən "Brilliant Liqa"da da birinci olub.

loading...