“Qarabağ”ın ÇL-dəki rəqibi yeni formasını təqdim edib FOTOLAR

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” cari mövsüm üçün yeni formasını təqdim edib. SİA-nın məlumatına görə, “Nike” firmasının istehsalı olan qara rəngli forma İtaliya təmsilçisinin bu mövsüm geyinəcəyi üçüncü forma olacaq.

Forma xüsusi “Aeroswift” texnologiyası ilə hazırlanıb.

Qeyd edək ki, “Roma” Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində sentyabrın 27-də Bakıda “Qarabağ”ın qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə