Qrapplinq üzrə açıq Bakı kuboku keçirilib

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının birgə təşkilatçılığı ilə qrapplinq üzrə açıq Bakı kuboku keçirilib.

SİA xəbər verir ki, yarışda paytaxt idmançıları ilə yanaşı Şəmkir, Gəncə, Şəki, Qazax, Şirvan, Sabirabad, İmişli, Sumqayıt, Salyan, Qusardan olan döyüşçülər də mübarizə aparıblar.

Yarış oktyabrda Bakıda keçiriləcək dünya çempionatı öncəsi idmançıların hazırlıq səviyyəsini qiymətləndirmək üçün təşkil olunub.

Turnirin qalibləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə