UEFA-nın yeni reytinqi açıqlanıb

UEFA-nın yeni reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, Çempionlar Liqasında keçirilən 5 görüşdən sonra siyahıda müəyyən dəyişikliklər olub.

Şotlandiyanın 4 pillə irəliləməsi Azərbaycanın 1 pillə geriləməsinə səbəb olub. “Seltik”in Çempionlar Liqasının qrupuna düşməsi ilə Şotlandiya 22-ci sıraya yüksəlib. Bu səbəbdən Azərbaycan 23-cü yerə enib.

Ölkəmizin son 5 mövsümə əsasən hesablanan reytinq xalı 17,625-dir.

Qeyd edək ki, siyahıya 90,141 xalla İspaniya başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə