"Beşiktaş" Azərbaycana gələcək

Beşiktaş" klubu Bakıya gələcək. SİA-nın məlumatına görə, belə bir iddia ilə "Milliyet" qəzeti çıxış edib.

Xəbərdə bildirilir ki, səfər milli komandaların oyunları ilə əlaqədar veriləcək fasilə müddətində gerçəkləşəcək. "Qara qartallar" Azərbaycan komandalarından biri ilə yoldaşlıq görüşü keçirəcəklər. Yığmaların matçları isə 1 - 6 sentyabrda olacaq.

Qeyd edək ki, xəbərdə "Beşiktaş"ın Azərbaycanın hansı komandası ilə qarşılaşacağı göstərilmir. Bir müddət əvvəl "Sabah" qəzeti sentyabrın 2-də və ya 3-də "Qəbələ"nin "Qalatasaray"la yoldaşlıq görüşü keçirəcəyini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə