Belarusun paytaxtı Minskdə futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. AFFA-dan SİA-ya bildirilib ki, hazırlıq prosesi çərçivəsində Belarusun müvafiq yaş qrupuna aid komandası ilə 2 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.

Toplanışda Nigar Abdulova, Sude Topçu, Bozdağ Peritan, Ayşən Əhmədova, Cəmilə Hüseynova, Həqiqət Qasımova, Vüsalə Hacıyeva, Vüsalə Seyfətdinova, Nigar Mirzəliyeva, Rövşanə Sərdarlı, Firəngiz Teymurova, Öznur Taş, Leyli Qurbanova, Aytac Neymətova, İlahə Nuriyeva, Ülkü Özdemir, Zülfiyyə Əliyeva və Aytən İbadova iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə