"Milan" "Fiorentina"nın futbolçusunu transfer edib

"Milan" yay transfer pəncərəsində 11-ci futbolçunu heyətinə qatıb. SİA-nın məlumatına görə, "qırmızı-qaralar" "Fiorentina"nın futbolçusu Nikola Kaliniçi heyətinə cəlb edib.

29 yaşlı hücumçu bu klubda 1 illik icarə əsasında çıxış edəcək. "Milan" Xorvatiya millisinin üzvünü 20 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna da sahibdir.

Klub icarə haqqı olaraq "Fiorentina"ya 5 milyon avro ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə