UEFA-nın rəsmi saytı "Qarabağ"dan yazdı

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarından əvvəl yazı dərc edib. SİA-nın məlumatına görə, qurumun rəsmi saytı “Kopenhagen” - “Qarabağ” cütünüə də yer ayırıb. UEFA-nın saytında Bakıdakı ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan “Qarabağ”ın qrupa vəsiqə qazanmağa şansının çox olduğu vurğulanıb: “Qarabağ” Azərbaycanın Çempionlar Liqasının qrupundakı ilk klubu olmağın bir addımlığındadır. Bu vaxta kimi turnirin əsas mərhələsinə UEFA-nın 55 üzvündən 32 təmsilçisi qatılıb”.

Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" matçı avqustun 23-də keçiriləvək. İlk matçda təmsilçimiz 1:0 hesablı qələbə əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə