DÇ-2017: daha 4 çəkidə yunan-Roma güləşçiləri yarışır

Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, ikinci yarış günündə 59, 66, 80 və 130 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Bu gün xalça üzərinə Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) çıxacaqlar.

Yığmamız baş məşqçi Şaban Donat, böyük məşqçi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbovun rəhbərliyi altında mübarizə aparır.

1/16 finalda Taleh Məmmədov belaruslu Maksim Kazarski, Kamran Məmmədov koreyalı Hansu Ryu, Elvin Mürsəliyev rusiyalı Roman Vlasov, Sabah Şəriəti isə 1/8 finalda M.Kuçmu (Ukrayna)-M.Knistautsa (Litva) qarşılaşmasının qalibi ilə görüşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə