Stiv Maklarenin yeni klubu bəlli olub

İngiltərə millisinin sabiq baş məşqçisi Stiv Maklarenin yeni klubu bəlli olub. SİA-nın məlumatına görə, 56 yaşlı mütəxəssis İsrailin “Makkabi” (Təl-Əviv) klubunda çalışacaq.

Klubun rəsmi saytı S.Maklarenin baş məşqçi Yordi Kroyfun köməkçisi təyin edildiyini yazıb.

Qeyd edək ki, ingiltərəli mütəxəssis daha əvvəl “Tvente”, “Nottingem Forest”, “Volfsburq”, “Midlsbro”, “Nyukasl” kimi klublarda çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə