“Qarabağ” bu gün Danimarkaya gedir

Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Kopenhagen”lə qarşılaşacaq “Qarabağ” bu gün Danimarkaya gedəcək. SİA-nın məlumatına görə, Ağdam klubu saat 18.00-da çarter reysi ilə Kopenhagenə yola düşəcək.

Xatırladaq ki, ÇL-in pley-off mərhələsinin "Kopenhagen" - "Qarabağ" oyunu avqustun 23-ü keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçında təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə