Şahin Diniyev: "Həyatın sonu deyil" AÇIQLAMA

Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə “Zirə”yə böyük hesabla (0:3) uduzan “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, mütəxəssis komandasının oyununun alınmamasına səbəb kimi meydançanın vəziyyətinin yaxşı olmamasını göstərib: "Belə oyundan sonra nə isə demək çətindir. Komanda bu cür meydançada heç nə yarada bilmədi. Oyunumuzda nə sürət, nə də ki, top saxlama var idi. Məcbur olub uzun ötürmələr hesabına nəsə etməyə çalışırdıq. "Zirə" bizə əks-hücumlarda qollar vurdu. Bu gün komandanın oyununda hər şeydən narazı qaldım. Bu, ilk dəfə idi. İrəli baxmaq lazımdır. İstəməzdik ki, ev oyunumuzu belə hesabla başa vuraq. Bunu heç bir məşqçi istəməz. Amma həyatın sonu deyil. Qarşıda oyunlar var".

Bütün xəbərlər Facebook səhifəmizdə