İspaniya millisinin və "Barselona"nın sabiq qapıçısı Viktor Valdes futbolçu karyerasını başa vurub. "Mundo Deportivo"nun yaydığı xəbərə görə, 35 yaşlı qolkiper "Deportivo", "Las-Palmas", "Betis", "Sportinq" klublarından təklif almasına baxmayaraq, bu qərarı verib. Onun karyerasının bitirdikdən sonra televiziya aparıcısı işləmək istədiyi bildirilib.

Qeyd edək ki, V.Valdes 2002-2014-cü illərdə "Barselona”da çıxış edib. O, Kataloniya təmsilçisinin heyətində 6 dəfə İspaniya çempionatının qızıl medallarını qazanıb, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə isə klublararası dünya çempionatının qalibi olub. İspaniya yığması ilə Avropa çempionu olan qolkiper, "Barselona”dan sonra İngiltərənin "Mançester Yunayted” və "Midlsbro”, eləcə də Belçika "Standard”ının formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə