Topaz Premyer Liqasında ikinci turun oyun cədvəli

Topaz Premyer Liqasının 2017-2018-ci illər mövsümündə ikinci turun oyun cədvəli müəyyənləşib. SİA-nın məlumatına görə, avqustun 19-da start götürəcək turun ilk oyunu “Dalğa Arena”da “Səbail” ilə “Neftçi” klubları arasında olacaq. Eyni gündə “Azersun Arena”da “Qarabağ” komandası Bakı təmsilçisi “İnter”i qonaq edəcək.

Avqustun 20-də isə “Qəbələ” doğma meydanda “Sumqayıt” klubunu qəbul edəcək. Yevlax şəhər stadionunda isə “Kəpəz”–“Zirə” komandalarının görüşü keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə