"Kəpəz" ev oyunlarını Yevlaxda keçirəcək

"Kəpəz"in Gəncə şəhər stadionunda təmir işləri yekunlaşana kimi ev oyunlarını harada keçirəcəyi dəqiqləşib. SİA-nın məlumatına görə, matçların Yevlax şəhər stadionunda keçirilməsinə qərar verilib. PFL rəsmi saytında Gəncə təmsilçisinin Topaz Premyer Liqasının ikinci turunda "Zirə"ni sözügedən stadionda qəbul edəcəyini açıqlayıb. Bununla da, uzun fasilədən sonra Premyer Liqa matçı Yevlaxa qayıdacaq.

Xatırladaq ki, Yevlaxda Premyer Liqanın son oyunları 2009/2010 mövsümündə yerli "Karvan" komandasının iştirakı ilə keçirilib.

Qeyd edək ki, "Kəpəz" - "Zirə" görüşü avqustun 20-i saat 17:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə