"Kopenhagen"in futbolçusu əməliyyat olunub

"Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kopenhagen”in futbolçusu Erik Yohansson əməliyyat olunub. SİA-nın məlumatına görə, 28 yaşlı müdafiəçi çarpaz bağları qırıldığı üçün bıçaq altına yatıb. Onun əməliyyatının uğurlu keçdiyi bildirilir. Yohanssonun 6-9 ay ərzində meydana qayıdacağı gözlənilir.

Qeyd edək ki, Erik Yohansson ötən ildən “Kopenhagen”in şərifini qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə