“Roma” forma nömrələrini açıqlayıb FOTO

“Roma” 2017/18 mövsümü üçün forma nömrələrini açıqlayıb. SİA-nın məlumatına görə, paytaxt klubunun Tvitter” səhifəsində açıqlanan siyahıda bu il karyerasını bitirən, canlı əfsanə Françesko Tottinin uzun müddət daşıdığı 10 nömrə yer almayıb.

Xatırladaq ki, klub rəsmi olaraq 10 nömrəli futbolkanı əbədiləşdirməyib.

Totti futbolçu karyerası ərzində yalnız “Roma”da çıxış edib. O, paytaxt klubunda şans qazandığı 786 oyunda 307 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə