Sarayevo şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, Bosniya və Herseqovinanın U-17 yığması ilə keçirilmiş oyunda futbolçularımız 1:2 hesabı ilə məğlub olub. Komandamızın qolunu Turan Vəlizadə vurub.

Bu komandalar arasında avqustun 14-də keçirilmiş oyun 0:0 hesabı ilə yekunlaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə