"Qəbələ" və "Qalatasaray" arasında yoxlama oyunu keçirilə bilər

"Qəbələ" və "Qalatasaray" arasında yoxlama oyunu keçirilə bilər. SİA-nın xəbərinə görə, bu haqda Türkiyə mətbuatında məlumat dərc olunub. Məlumatda bildirilir ki, matçla bağlı tərəflər arasında danışıqlara başlanılıb. Qarşılaşmanın sentyabrın 2-i və ya 3-ü keçirilməsi planlaşdırılır.

"Qalatasaray"ın bu yoldaşlıq görüşünü yeni transfer Sofian Fequlini oynatmaq üçün keçirmək istədiyi bildirilir.

İngiltərə "Vest Hem"indən transfer olunan 28 yaşlı yarımmüdafiəçi hazırda bərpa dövrü keçir. Əlcəzair millisinin oyunçusu məhz fasilə müddətində hazırlıqlara başlayacaq. Fequli "Qəbələ" ilə görüşdə özünü yaxşı tərəfdən göstərə bilsə, Türkiyə Superliqasının 4-cü turunda "Antalyaspor"a qarşı səfər matçında forma geyinəcək.

Qeyd edək ki, yoxlama görüşünün harada keçirilməsinin planlaşdırıldığı barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə