“Qalatasaray”ın hədəfindəki futboçunu “İnter” transfer edir?

“Qalatasaray”ın transfer hədəfində olan belçikalı müdafiəçi Cason Denayer “İnter”in də maraq dairəsinə düşüb. SİA-nın məlumatına görə, artıq “İnter” rəhbərliyi İngiltərə klubu “Mençester Siti” ilə danışıqlar masasına oturub. Hələ ki, 22 yaşlı futbolçunun transferi haqda danışıqlar davam edir.

Qeyd edək ki, gənc müdafiəçi 2015/2016-cı il mövsümündə “Qalatasaray”da forma geyinmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə