Şeydayev meydana çıxmadı, komandası darmadağına sevindi

Slovakiya Fortuna Liqasında növbəti turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Jilina” IV tur çərçivəsində keçirilən matçda "Senitsa"nı qəbul edib. Qarşılaşma ev sahibləri üçün uğurlu alınıb. "Jilina" rəqibinə 7:1 hesabı ilə qalib gəlib.

İlk 3 turda olduğu kimi, Şeydayev bu oyunda da meydana çıxmayıb. Onun adı "18-liy"ə belə salınmayıb. Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan "Jilina" 3 xalla 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə