Məsud Özil “Arsenal”ı “Barselona”ya dəyişir?

İngiltərənin “Arsenal” klubunun türk əsilli futbolçusu Məsud Özil gələn mövsüm komandadan ayrılmaq niyyətindədir.

Belə ki, 28 yaşlı yarımmüdafiəçi gələn mövsümün sonunda İspaniyanın “Barselona” klubuna transfer olunmaq istəyir. Futbolçunun hazırkı komandası ilə müqaviləsinin gələn il bitəcəyi və onun yeni sözləşməni qəbul etmədiyi bildirilir. Arda Turanla yollarını ayırmağa yaxın olan katalonların bu transfer istəyini müsbət qarşıladığı qeyd edilib. Xatırladaq ki, M.Özil 2013-cü ildə İspaniyanın “Real Madrid” komandasından “Arsenal”a transfer olunub.

loading...