Araz Abdullayev yeni komandasında ilk qolunu vurub

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev "Anortosis"in heyətində ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi yenicə transfer olunduğu komandada debüt görüşünü qolla başa vurub. Belə ki, Abdullayevin komandası bir gün öncə Yunanıstanın "Aris" klubu ilə yoxlama oyunu keçirib. Görüş 1:1 hesabı ilə başa çatıb. Matçda Kipr təmsilçisinin bərabərlik topunu Araz vurub. 63-cü dəqiqədə meydana çıxan həmyerlimiz 83-cü dəqiqədə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə