“Neftçi”nin əvəzediciləri “Qarabağ”ı məğlub etdi

Əvəzedicilərin Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 2017/18 mövsümünün ilk oyununda “Neftçi” və “Qarabağ” qarşılaşıb. Paytaxt təmsilçisinin əvəzediciləri əsas komandanın 1:3 hesablı məğlubiyyətinin revanşını alıb. Belə ki, “ağ-qaralar” 1:0 hesablı qələbə qazanıb.

Görüşün taleyini Fəhmin Muradbəylinin 29-cu dəqiqədəki qolu həll edib.

Bütün xəbərlər Facebook səhifəmizdə