“Bavariya” Almaniya kubokuna darmadağınla başladı

Almaniya kubokunda 1-ci mərhələyə start verilib. Apasport.az saytının məlumatına görə, ilk mərhələ nəhənglərin rəqiblərini darmadağın etməsi ilə əlamətdar olub. “Bavariya” səfərdə “Kemnitser”i 5:0 hesabı ilə məğlub edib. Dortmund “Borussiya”sı “Rilazingen Arlen”i darmadağın edib – 4:0. Bu matç Pyer-Emerix Obameyanqın het-triki ilə diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə