“Qarabağ”- “Kopenhagen” oyunu üçün 15 mindən çox bilet satılıb

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Kopenhagen”lə oyunun biletləri bu gün saat 10:00-dan etibarən satışa çıxarılıb. Ağdam klubunun rəsmi Feysbuk səhifəsində yerləşdirilən xəbərə görə, bilet satışının ilk günündə artıq 15 mindən çox bilet satılıb.

Qeyd edək ki, biletləri Tofiq Bəhramov adına stadionun kassalarından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə