Dani Kintana 3 həftə sonra məşqlərə başlayacaq

Topaz Premyer Liqanın ilk turunda “Neftçi” ilə oyunda zədələnərək meydanı tərk edən “Qarabağ”ın futbolçusu Dani Kintananın son durumu bəlli olub. Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib və onun əzələsinin dartılması müəyyən edilib. Bu səbəbdən Dani Kintana təxminən 3 həftə sonra məşqlərə start verəcək.

Xatırladaq ki, zədəsini yenicə sağaldan Kintana 6 aydan sonra meydana qayıtmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə