Araz Abdullayev karyerasını Kiprdə davam etdirəcək

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev karyerasını Kiprdə davam etdirəcək. SİA xəbər verir ki, futbolçumuz “Anortosis” klubuna transfer olunmaq üzrədir. Kipr mətbuatının yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi bu gün Famaqusta təmsilçisində tibbi müayinədən keçəcək. Onun “Anartosis”lə 1 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, A.Abdullayev bu ilin qış transfer pəncərəsində “Qəbələ”yə keçib.

loading...