Useyn Bolt Ramil Quliyevi təbrik edib FOTO

Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında Türkiyə yığmasının heyətində qızıl medal qazanan Ramil Quliyev yarışdan sonra məşhur atlet Useyn Boltla görüşüb. SİA-nın məlumatına görə, Bolt medal qazandığı üçün əslən Azərbaycandan olan atleti təbrik edib və ona gələcək karyerasında uğurlar arzulayıb: “Mövqeyini qorumağı arzulayıram. Ölkən və sənin adına çox sevindim”.

Xatırladaq ki, Bolt dünyada ən güclü, ən titullu atletdir.

Bütün xəbərlər Facebook səhifəmizdə