“Barselona” Dembeleni transfer etməkdə iddialıdır

İspaniyanın "Barselona” klubu Usman Dembelenin transferi üçün Dortmund "Borussiya”sına ödəyəcəyi məbləği 140 milyon avroya qədər artırmaq niyyətindədir. SİA-nın məlumatına görə, kataloniyalılar bu yolla 20 yaşlı futboçunu satmaq üçün Almaniya klubunu yola gətirməyi düşünürlər.

Qeyd edək ki, "Barselona” daha əvvəl fransalı hücumçunun keçidi üçün "Borussiya”ya 90 milyon avro nəğd və 40 milyon avro bonus təklif edib. Lakin Dortmund təmsilçisinin rəhbərliyi həmin təklifi qəbul etməyib. Dembele isə öz növbəsində məşqlərə çıxmaqdan boyun qaçırır.

loading...