“Qarabağ” - “Kopenhagen” matçına böyük maraq var FOTOLAR

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçının biletləri artıq satışdadır. SİA-nın məlumatına görə, biletlər bu gün saat 10:00-dan etibarən satışa çıxarılıb.

Artıq indidən azarkeşlər tərəfindən oyuna böyük marağın olduğunu demək olar. Kassaların qarşısında uzun növbə yaranıb. Biletlərin satışa çıxdığı cəmi iki saat olsa da, kassaların önündə azarkeş sıxlığı var.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçı saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə