Avropa çempionu: "Bakıda gözəl şərait var" AÇIQLAMA

"Azərbaycanda bütün yarışlar yüksək səviyyəli təşkilatçılığı ilə seçilib. Çox sevinirəm ki, Bakıda qələbə qazandım. Bu qələbəmi dostlarıma həsr edirəm". SİA-nın məlumatına görə, bu sözləri Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının qalibi, almaniyalı Monika Karç deyib.

Bakıya ilk dəfə səfər etdiyini bildirən M.Karç yüksək səviyyədə təşkil olunan çempionatın gərgin idman mübarizəsi şəraitində keçdiyini diqqətə çatdırıb: “Rəqiblərim çox güclü idi. Titullu idmançılara qarşı mübarizə apardım və sonda sevinən tərəf mən oldum. Bakıdan xoş təəssüratlarla ayrılacağam. Bakıya yenidən qayıtmağı düşünürəm. Çünki burada istirahət etmək üçün gözəl şərait var”.

Bütün xəbərlər Facebook səhifəmizdə