Monika Karç atıcılıq üzrə Avropa çempionatının qalibi olub FOTOLAR

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatında qadınlar arasında 25 metr məsafədən tapança ilə güllə atıcılığı yarışının final mərhələsində Almaniya təmsilçisi qızıl medal qazanıb.

SİA-nın məlumatına görə, almaniyalı Monika Karç bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 39 xal toplayıb.

Polşalı Klaudia Bres 33 xalla gümüş, Bolqarıstan təmsilçisi Mariya Qrozdeva isə 29 xalla bürünc medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə