Ceyms Pallotta: “Milan” başını itirib"

“Roma” klubunun amerikalı prezidenti Ceyms Pallotta bu yay yeni transferlərə ümumilikdə 210 milyon avro xərcləyən “Milan”ı tənqid edib. SİA-nın məlumatına görə, o, “qırmızı-qaralar”ın bu addımını ağılsızlıq adlandırıb: “Mən başa düşmürəm, nə baş verir. Bu qədər pul xərcləməyin mənası yoxdur. Birincisi, klubun indiki sahiblərinin “Milan”ı almağa pulları yox idi. Onlar mənim Londondakı dostlarımdan yüksək faizlə 300 milyon avro kredit götürüblər. İndi isə onlar futbolçulara bu qədər böyük məbləğdə pul sərf edirlər. Deyirlər ki, Çempionlar Liqasına düşmək üçün bu addımı atırlar. Amma klubun gəliri ilə maaşlara verilən pul təxminən bərabər olanda mən anlaya bilmirəm ki, hansı axmaqlıq baş verir. “Milan” A seriyasında yeganə komandadır ki, başını itirib. Ola bilər ki, onların bizim nə zamansa başa düşə biləcəyimiz hansısa nəhəng biznes-planı var. Digər klublar özlərini “Milan” kimi aparmır. Kimsə mənə bu klubun strategiyasını başa salsın”.

Bütün xəbərlər Facebook səhifəmizdə