"Monako" yenə "Arsenal"ın təklifini rədd etdi

"Monako" Toma Lemarı "Arsenal"a satmaqdan imtina edib. SİA-nın məlumatına görə, "topçular" 21 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 50 milyon avro təklif edib. Amma knyazlıq təmsilçisi buna razılaşmayıb. London klubu daha öncə Lemarı 45 milyon avroya transfer etməyə cəhd göstərmişdi. İyulun 27-də "Monako" rəsmisi Vadim Vasilyev daha heç bir futbolçu satmayacaqlarını bildirmişdi.

Qeyd edək ki, ötən mövsüm Fransa Liqasında 34 oyuna çıxan Lemar 9 qol, 10 məhsuldar ötürmənin müəllifi olmuşdu. Onun klubla müqaviləsi 2020-ci ilə kimi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə