"Vilyareal"ın yarımmüdafiəçisi Los-Anceles klubunda

"Vilyareal"ın yarımmüdafiəçisi Xonatan Dos Santos karyerasını okeanın o tayında davam etdirəcək. SİA-nın məlumatına görə, 27 yaşlı futbolçu "LA Galaksi" ilə anlaşıb. Müqavilə müddəti isə açıqlanmır. Transferin 5 milyon dollara başa gəldiyi ehtimal olunur.

Los-Anceles klubunda Xonatanın qardaşı Covanni də forma geyinir. Hər iki qardaş Meksika millisinin də şərəfini qoruyur. Xonatan Dos Santos "La Masia"nın yetirməsidir. O, 2009-14-cü illərdə katalon klubunun əsas komandasında 14 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə