"Neftçi"nin futbolçusu "Mineros"da icarə əsasında oynayacaq

"Neftçi" venesuelalı futbolçusu Edson Kastilyonu icarəyə verib. SİA-nın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi ölkəsində çıxış edəcək. O, "Mineros" klubu ilə müqavilə bağlayıb. Kastilyo bu ilin sonuna qədər icarə əsasında Puetro-Ordas təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Kastilyo "Mineros"dan ötən ilin iyul ayında "Neftçi"yə keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə