Baqali Dabo: "Cavab oyununda vəziyyəti dəyişə biləcəyik"

“Panatinaikos” yaxşı komandadır. Çətin oyun oldu”. SİA-nın məlumatına görə, bu sözləri “Qəbələ”nin hücumçusu Baqali Dabo Avropa Liqasının üçüncü mərhələsində "Panatinaikos"la ilk oyundan (0:1) sonra deyib.

Onun sözlərinə görə, rəqib ikinci, hətta üçüncü qolu da vura bilərdi: Bu, baş verməyibsə qapıçımıza təşəkkür etməliyik. 1:0 bizim üçün yaxşı nəticədir. Bu gün qola vura bilməsək də, inanıram ki, cavab oyununda vəziyyəti dəyişə biləcəyik. Növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə