“Kəpəz” yığma komandaya məğlub olub

“Kəpəz”in əvəzedici heyəti yeni mövsümə hazırlıq dövründə daha bir yoxlama oyununda qüvvəsini sınayıb. SİA-nın məlumatına görə, komanda Qaxda təlim-məşq toplanışında olan 17 yaşlılardan ibarət Azərbaycan yığması ilə qarşılaşıb. Oyun millinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. U-17 hər hissədə bir dəfə fərqlənib.

Əvəzedicilər hazırlıq müddətində növbəti yoxlama oyununu iyulun 30-da keçirəcək. “Sarı-göylər” bir müddət öncə fəaliyyətini bərpa edən Yevlaxın “Karvan” klubu ilə üz-üzə gələcək. Oyun Yevlax şəhər stadionunda saat 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə