Elxan Abdullayev “Şalke” ilə keçirilən oyundan danışdı

"Oyun çox ağır keçdi. Hava şəraitinə baxmayaraq, oyundan razı qaldım. Futbolçular yaxşı oynadı”. Qol.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Avstriya toplanışı çərçivəsində Almaniyanın “Şalke” klubuna 0:1 hesabı ilə uduzduqları yoxlama görüşünü şərh edərkən deyib.

Klub telekanalına müsahibə verən 47 yaşlı mütəxəssis bildirib ki, Bundesliqada çıxış edən “Şalke” ilə rəsmi matçda üz-üzə gəlməyi arzulayır: Arzum budur ki, bugünkü rəqiblə yoldaşlıq görüşündə deyil, rəsmi qarşılaşmada görüşək”.

Bütün xəbərlər Facebook səhifəmizdə