Samir Məsimovun komandası “Tümen”i məğlub edib

Rusiya 1-ci divizionunda 4-cü turun oyunları keçirilib. SİA-nın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" də növbəti matçına çıxıb. Voronej təmsilçisi doğma meydanda “Tümen”lə qarşılaşıb. “Fakel” bu oyundan qalib ayrılıb - 1:0.

Yeganə qolu qarşılaşmanın 51-ci dəqiqəsində Nika Çikapeliya vurub. Samir bu görüşün iştirakçısı olmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.

"Fakel" 4 turdan sonra 5 xalla 20 klub arasında 12-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə