“Qarabağ”ın rəqibi Moldova çempionatında xal itirdi

Moldova çempionatında III turun oyunları keçirilir. Qol.az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Şerif” də növbəti matçına çıxıb. Tiraspol təmsilçisi öz meydanında “Zimbru” ilə qarşılaşıb. Oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb. “Şerif”in heyətində Damascan və Bayala fərqləniblər. Qeyd edək ki, aktivində 5 xal olan “Şerif” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə