"Jirona" "Midlsbro"nun hücumçusunu transfer edib

Yeni mövsümdə İspaniya La Liqasında mübarizə aparacaq "Jirona" daha bir transfer həyata keçirib. SİA-nın məlumatına görə, Primeronun debütantı İngiltərənin "Midlsbro" klubunun hücumçusu Kristian Stuani ilə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı uruqvaylı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

Uruqvay yığmasının da şərəfini qoruyan futbolçu karyerası ərzində "Danubio", "Bella Vista", "Recina", "Albasete", "Levante", "Rasinq", "Espanyol"da da çıxış edib. Stuani "Midlsbro"da 2015-ci ildən oynayırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə